UEFA Konfrans Liqasına hazırlaşan "Araz-Naxçıvan" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri qardaş ölkənin ən nəhəng 4 klubundan biri sayılan “Trabzonspor”la qarşılaşıb.

Oyun Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Matçda hesabı Çarles Boli açsa da, "Trabzonspor" fasiləyədək cavab qolunu vurub.

İkinci hissədə "Araz-Naxçıvan"dan Bəxtiyar Həsənalızadə və Slavik Alxasov fərqləniblər.

Komanda iyulun 19-da Bakıya dönəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" Ərzurum toplanışı zamanı bundan öncə "Bayburtspor"a qalib gəlib (14:0), "Alanyaspor"la heç-heçə oynayıb (0:0), "Konyaspor"a isə uduzub (1:2).