Yeni futbol mövsümünə ciddi hazırlaşan "Neftçi” növbəti keçidini rəsmiləşdirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqasla anlayıblar.
26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Freddi Venesualadan başqa, ABŞ və İsrail liqalarında çıxış edib. O, yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzdə oynamağı bacarır.
Varqas Venesuela yığmasında 3 oyun keçirib.



