Dünya ulduzu Kriştiano Ronaldunun oğlu bu gün Portuqaliya U15 yığmasının heyətində debüt edib.

Offsideplus.az xəbər verir ki, onun milli komandada ilk oyunu Xorvatiyada Futbol Federasiyasının sabiq prezidenti Zlatko Markoviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiyaya qarşı baş tutub.

Kriştiano Junior matçın 53-cü dəqiqəsində, hesab 3:0 olarkən mübarizəyə qoşulub. Atası kimi 7 nömrəli formada çıxış edən 14 yaşlı futbolçunun meydançaya daxil olmasından sonra portuqallar daha 1 qol vurublar. Yekunda Ronaldu 4:1 hesablı qələbəyə sevinib.

Portuqaliya yığması sabah yarışın ikinci turu çərçivəsində Yunanıstanla qüvvəsini sınayacaq.