Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında iki sərbəst güləşçimiz bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Nurlan Ağazadə və Yusuf Dursunov Azərbaycana bürünc medal ilə qayıdacaq.

N. Ağazadə (70 kq) gürcüstanlı rəqibi Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gələrək bu uğuru əldə edib. 

Y. Dursunov (125 kq) isə fransalı rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Bu gün daha iki güləşçimiz fəxri kürsünün son pilləsinə qalxa bilər.

Vasif Bağırov (57 kq) braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Sumit Maliklə bacarmayıb – 2:9.

Rəqib finala yüksəldiyi üçün Vasif bu gün təsəlliverici görüşə çıxacaq.

Anar Cəfərli (92 kq) ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi minimal fərqlə (3:2) üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova, həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb.

Anar yarımfinalda qazaxıstanlı Kamil Kuruqliyevə 6:9 hesabıyla məğlub olduğu üçün sabah bürünc medal uğrunda güləşəcək.