“Premyer Liqada Virtsdən daha çox şans yaradan ikinci oyunçu yoxdur".

Offsideplus.az xəbər verir ki, bunu İlkay Gündoğan "Liverpul"un bu yay transfer etdiyi Florian Virts barədə deyib. O, sözlərinə belə davam edib.

"İnsanlar yalnız asistlərə və qollara diqqət yetirməməlidir.

Onun səviyyəsini görə bilməyən hər kəs sadəcə olaraq futbolu başa düşmür. Onu “transfer fiaskosu” adlandırmaq tamamilə şişirtmədir.

Əminəm ki, qollar və asistlər tezliklə gələcək. Düşünürəm ki, Virts həm xarakter, həm də istedad baxımından bu dövrü keçəcək gücdədir”.