Nihad Quliyev və Əlirza Müştəbazadə "Səbail"i məhkəməyə verib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, hər iki futbolçu 2-3 aylıq maaşları ödənmədiyi üçün bu yola əl atıblar.

Qeyd edək ki, "Səbail" bu mövsümdən etibarən I Liqada mübarizə aparacaq. Onlar bu yay heyətinə 10 oyunçu cəlb edib.