"Napoli" klubu "Qalatasaray"ın da maraqlandığı Ederson üçün "Mançester Siti"yə təklif verib.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte bu yay yeni qapıçı transfer edilməyini istəyir. "Napoli" ötən həftə braziliyalı qapıçı üçün MS ilə əlaqəyə keçib. Lakin danışıqlar irəliləməyib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Edersonla "Qalatasaray" da yaxından maraqlanır. 31 yaşlı çərçivə qoruyucusu istədiyi maaş ödənilərsə, Türkiyə nəhənginə keçməyə hazırdır.

Əlavə edək ki, "Napoli" ilə "Qalatasaray" arasında Viktor Osimhen üçün danışıqlar davam edir.