Misli Premyer Liqasının debütantı olan “Karvan”ın baş məşqçisi müəyyənləşib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Həşimov təyin olunub.

Zaur Hacıyev köməkçi məşqçi, Hüseyn Məhəmmədov isə qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azər Həşimov baş məşqçi postunda Kənan Kərimovu əvəzləyib.