"Napoli" və "Qalatasaray" arasında Viktor Osimhen üçün danışıqlar davam edir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" İtaliya klubuna son təklifi 75 milyon avronun 40-nı indi, qalan 35-ni iki ilə bölərək ödəməyi planlaşdırır.

"Napoli" bu təklifi də rədd edib. Onlar qalan 35 milyonun gələn il mayına qədər ödənilməsini tələb edir.

Eyni zamanda onlar Osimhenin növbəti satışından pay və müqavilədə onun 3 il ərzində İtaliya klublarına satıla bilməz bəndinin olmağını istəyir..

"Qalatasaray" isə təkliflərinin son olduğunu bildirib. Klublar arasında danışıqlar davam edir.