Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lerik"ə qarşı matçda zədələnən "Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin ayağı sınıb.

Offsideplus.az xəbər verir ki, oyun başa çatdıqdan dərhal sonra komandanın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.