"Şamaxı" 4 gündən sonra doğma divarlar arasında Premyer Liqanın lideri "Qarabağ"la qarşılaşacaq.
27 turdan sonra 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qarşılaşan "şirlər" ağdamlılarla oyuna ciddi hazırlaşır.
Bölgə təmsilçisinin 21 yaşlı yarımmüdafiəçisi Nihad Quliyev Offsideplus.az-a açıqlamasında komandada ab-havanın yaxşı olduğunu, bu matçda xal və ya xallar qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Bizi çox ağır oyun gözlədiyini bilirik. "Qarabağ"ın gücünə bələdik. Bu görüşə çox ciddi şəkildə hazırlaşırıq. Əlimizdən gələni etməyə çalışacağıq ki, xal və ya xallar qazanaq. Komandamızda ab-hava çox yaxşıdır".
Qeyd edək ki, aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunu saat 15:30-da başlayacaq.
Onu da bildirək ki, Nihad Quliyev "Qarabağ"la "Qalatasaray" arasında Bakıda keçirilən xeyriyyə matçı (1:2) üçün Ağdam təmsilçisinin heyətinin komplektləşdirilməsinə cəlb olunmuşdu.
Daşqın Əziz



