Sabah Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Turun son matçında "Şamaxı" "Qəbələ" səfərinə yollanacaq.
Oyundan əvvəl Offsideplus.az-a açıqlama verən "şirlər"in 21 yaşlı yarımmüdafiəçisi Nihad Quliyev, "qırmızı-qarlar"la görüşə yaxşı hazırlaşdıqlarını bildirib:
"Qəbələ" ilə oyuna istədiyimiz şəkildə hazırlaşmışıq. Komandamızda ab-hava yüksəkdir. Çox yaxşı rəqibə qarşı oynayacağıq. Ümid edirəm ki, bu matçda qələbə qazanaraq azarkeşlərimizi sevindirə biləcəyik".
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Daşqın Əziz



