"Qalatasaray"ın transfer komitəsinin üzvü Muzaffer Aygün Aleksey Batrakovun inkişafı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Barselona"ya qarşı keçirilən oyunda (1:4) Batrakov "Qalatasaray"ın heyətində ilk qolunu vurub.

Aygün bildirib ki, Alekseyin texniki bacarıqları, topa nəzarəti və meydanı görməsi onu fərqləndirir. Onun öyrənmək və inkişaf etmək əzmi də klub rəhbərliyini təsirləndirir. Klub Batrakovun təlim prosesini yaxından izləyir və məşqçilər heyəti ona fərdi diqqət ayırır.

Aygün əlavə edib: "Batrakovun hər oyunda daha inamlı çıxış etdiyini və oyununu inkişaf etdirdiyini görürük. "Barselona"ya vurduğu qol onun keyfiyyətinin göstəricisidir, lakin biz onun bir qolla və ya bir oyunla məhdudlaşmayan potensialını yüksək qiymətləndiririk. Onun hər gün göstərdiyi sədaqət və inkişafı ilə fəxr edirik. Hesab edirəm ki, Batrakovun Avropa futbolunun ən yaxşı pleymeykerlərindən birinə çevrilmək potensialı var. Daimi zəhmət və düzgün dəstək sayəsində "Qalatasaray"ın formasında böyük uğurlara imza ata bilər."