Futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində baş tutacaq Çexiya – Azərbaycan qarşılaşmasını idarə edəcək hakim heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, oktyabrın 16-da keçiriləcək görüşün baş hakimi ingiltərəli Piter Nörs olacaq.
Ona yan xətdə uelsli Valentin Çiuplea və şotlandiyalı Dunkan Maklallik köməklik göstərəcəklər. Matçın vaxtölçəni ("timekeeper") çexiyalı Luboş Ruql olacaq.
Qarşılaşmada hakim-inspektor funksiyasını portuqaliyalı Nunu Boqolyo (Nuno Bogalho), UEFA nümayəndəsi vəzifəsini isə finlandiyalı Yurki Filppu icra edəcək.


