"Barselona" La Liqada mövsümə ikinci dəfə ardıcıl səkkiz qələbə ilə başlayıb.

Offsideplus.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda bu tur "Xetafe"ni 3:0 hesabı ilə məğlub edib.

Kataloniya təmsilçisi daha əvvəl 2013/14 mövsümündə Xerardo Martino ilə də eyni uğura imza atmışdı.

Bundan əlavə, "Barselona" cari mövsümdə La Liqada 34 qol vurub.

Liqanın ilk səkkiz oyununda bundan çox qola yalnız "Sevilya" 1940/41 mövsümündə (41 qol) imza atıb. 1930/31 mövsümündə isə "Atletik" də səkkiz turda 34 qol vurmuşdu.