UEFA-nın klub yarışlarında növbəti avrokubok həftəsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "Sabah"ın UEFA Çempionlar Liqasında "Mançester Yunayted"ə məğlubiyyətinə baxmayaraq, Azərbaycan mövsümlük UEFA reytinq cədvəlində liderliyini saxlayıb.
Avrokubok həftəsinin nəticələrinə əsasən reytinq cədvəlində digər diqqətçəkən yer dəyişiklikləri də baş verib. Türkiyə İspaniyanı geridə qoyaraq 4-cü pilləyə yüksəlib. İtaliya ilk xallarını qazanaraq ilk 10-luğa daxil olubsa, Fransa Top-15-likdə yer alıb.



