Sloveniyalı hücumçu Benyamin Şeşko 'Mançester Yunayted'in Çempionlar Liqasının ilk turunda 'Sabah'a 4:0 hesabı ilə qalib gəldiyi oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, Şeşko bu nəticənin hər kəs üçün ideal olduğunu bildirib: "Düşünürəm, hər şey hamı üçün mükəmməl alındı. Xüsusilə azarkeşlər üçün. Onlar üçün bu qədər qol görmək vacibdir. Ümumilikdə hər şey əla keçdi. Bu, qarşıdakı oyunlar üçün bizə motivasiya verir".


