"Roma"nın baş məşqçisi Canpiero Qasperini "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının birinci turunda baş tutan qarşılaşmanı dəyərləndirən Qasperini turnirin nə qədər möhtəşəm olduğunu bir daha gördüklərini bildirib. O qeyd edib ki, hər iki komanda ilk oyununda layiqli çıxış edib və yüksək səviyyəli futbol nümayiş etdirib.

"Bəzi anlarda biz, bəzi anlarda isə "Fənərbağça" daha yaxşı oynadı. Bu ümumi mərhələnin matçıdır və hesabda olan bu bir xal hər iki komanda üçün dəyərli ola bilər", – deyə Qasperini vurğulayıb.