Brunu Fernandeş "Mançester Yunayted"in heyətində Avropa kuboklarında 44 məhsuldar hərəkətə imza atıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu gün Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "Sabah"a qarşı keçirilən oyunda qol vurub. Qarşılaşmanın ikinci hissəsində fərqlənən Fernandeşin komandası 3:0 hesabı ilə qalib gəlib.
Fernandeş 2020-ci ilin qışında "Sportinq"dən "Mançester Yunayted"ə keçib. O vaxtdan bəri Avropa kuboklarında 23 qol və 21 məhsuldar ötürmə ilə bütün yarımmüdafiəçilər arasında liderdir.


