Növbəti "Qızıl top"u qazanmağa əsas namizəd açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "talkSPORT" portalı məlumat yayıb.
Hazırda bir nömrəli favorit "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysdır.
2-ci yerdə "Real Madrid"in hücumçusu Kilian Mbappe, 3-cü yerdə isə "Barselona"nın gənc istedadı Lamin Yamal yer alır.
İlk beşliyi müvafiq alaraq Harri Keyn ("Bayern Münhen") və Erlinq Haaland ("Mançester Siti") tamamlayır.
Qeyd edək ki, "Qızıl top"un son sahibi Usman Dembele olub.


