"Lill" rəhbərliyi Edon Jeqrovanın dəyərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Fransa klubu kosovalı futbolçu üçün 20 milyon avro tələb edir.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Jeqrova 2022-ci ilin yanvarından "Lill"də çıxış edir. O, son mövsümdə 21 oyunda 8 qol vurmağı bacarıb.

26 yaşlı futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.