Formula 1-də mövsüm başa çatıb.

Offsideplus.az xəbər verir ki, ilin sonuncu yarışı Əbu-Dabidə baş tutub.

Ötən gün poulu qazanan Maks Ferstappen yarışda da rəqiblərinə aman verməyib və 71-ci qələbəsini qazanıb.

Lakin bu, çempionluğa yetməyib.

Yarışı 3-cü sırada bitirən "Maklaren" pilotu Lando Norris karyerasında ilk dəfə çempion olub və Ferstappenin 4 illik hegemoniyasına son qoyub.

Əbu-Dabidə ikinci yeri isə Norrisin komanda yoldaşı Oskar Piastri tutub.

Beləliklə, L. Norris mövsümü 423 xalla başa vurub. M. Ferstappen cəmi 2 xal fərqlə - 421-lə ikinci olub. O. Piastri isə 410 xal toplayıb.