Formula 1-də 4 həftəlik yay fasiləsi bu gün başa çatır.

Offsideplus.az xəbər verir ki, mövsümün 15-ci yarışı Niderlandda baş tutacaq. Bu gün iki məşq olacaq.

Sabah kvalifikasiya, bazar günü isə əsas yarış keçiriləcək.

Çempionata hazırda "Maklaren" pilotu Oskar Piastri başçılıq edir. Onun aktivində 284 xal var. Avstraliyalı pilotu komanda yoldaşı Lando Norris təqib edir. O, 9 xal daha az yığıb.

Qeyd edək ki mövsüm 24 yarışdan ibarətdir. Bakı yarışı 19-21 sentyabr tarixlərində baş tutacaq.