Formula 1 Azərbaycan Qran-prisinin 10-cu yubiley yarışı öncəsi Bakıda həyəcan artır.
Offsideplus.az xəbər verir ki, tədbir çərçivəsində azarkeşlər üçün ənənəvi "Pit" zolağı gəzintisi təşkil olunub.
Fanatlar zolaq boyunca hərəkət edərək "Ferrari", "Red Bull Racing", "Mersedes" və digər komandaların qarajları qarşısından keçib, bolidlərin hazırlıq prosesini yaxından izləyiblər.
Mühərrik səsləri və mexaniklərin gərgin işi yarışa sayılı saatlar qaldığını hiss etdirib. Pilotlarla görüşmək və fotosessiya etmək isə gəzintinin en maraqlı məqamları olub.
Böyük coşqu ilə keçən tədbirdən sonra diqqətlər Bakı Şəhər Halqasındakı əsas mübarizəyə yönəlib. Qeyd edək ki, yubiley yarışı 24–26 sentyabr tarixlərində keçiriləcək.


