DÇ-2026-nın E qrupu üzrə Almaniya millisi bu gün Kürasao ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matç Yulian Naqelsmannın komandasının 7:1 hesablı qələbəsi ilə davam edir. Oyunda almanların heyətində Feliks Nimeça, Niko Şlotterbek, Kay Haverts (dubl), Camal Musiala və Nataniel Braun, Deniz Undav fərqlənib.
Tarixində ilk dəfə Dünya Kubokunda iştirak edən Kürasanın yeganə qolunu isə Livano Komenensia vurub.
Qolları təqdim edirik:


