"Qarabağ" futbol klubuna 5 milyon manat maliyyə dəstəyi göstəriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamla UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb.