"Eyüpspor"la müqaviləsinin müddəti başa çatan Arda Turanın yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşıdakı günlərdə "Şaxtyor" (Donetsk) ilə müqavilə imzalayacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

"Barselona", "Atletiko Madrid", "Qalatasaray" kimi nəhəng klublarda forma geyinmiş türk ulduz Ukrayna klubunda Marino Puşiçi əvəzləyəcək. 

Qeyd edək ki, müqavilənin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.