Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsi başa çatıb.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandamızın 22 boksçusu yarımfinalda mübarizə aparıb.
İdmançılarımızdan 13-ü həlledici görüşdə iştirak hüququ qazanıb.
Belə ki, Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq) və Yusif Ağakişiyev (75 kq) qızıl medal uğrunda rinqə çıxacaq.
Yarımfinalda məğlub olan Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə avtomatik olaraq bürünc medala yiyələniblər.
Qeyd edək ki, Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.



