“Hazırlıqlar yaxşı keçir”.

Bunu Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə “Napoli” yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb: “Sumqayıt”la matçdan sonra bütün diqqətimizi “Napoli” ilə oyuna yönəltdik. Hamınızı inandıra bilərəm ki, yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gəlməyəni də edəcəyik”.

Zədə səbəbindən Azərbaycan millisinin son oyununda heyətdən kənarda qalan müdafiəçi hazırda özünü yaxşı hiss etdiyini deyib:

 “Sumqayıt”la oyuna da əsas heyətdə çıxmışdım. Hazırda hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm və sağlamlığımda heç bir problem yoxdur”.

Qeyd edək ki, bu gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.