Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbir Monakoda, Bakı vaxtı ilə saat 20:00-da başlayıb. 2025/2026 mövsümündə ÇL-də ölkəmizi təmsil edəcək "Qarabağ"ın da rəqibləri məlum olub:

Evdə: "Çelsi", "Ayntraxt", "Ayaks", "Kopenhagen"

Səfərdə: "Liverpul", "Benfika", "Napoli", "Atletik"

Qeyd edək ki, Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək, son turun görüşləri 2026-cı il yanvarın 28-də oynanılacaq. Oyunların yekun təqvimi avqustun 30-da bilinəcək.