Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan son 4 komanda bu gün məlum olub.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"la yanaşı daha 3 komanda adını əsas mərhələyə yazdırıb.
Günün ən maraqlı oyunlarından biri Portuqaliyada baş tutub. Lissabon şəhərində "Benfika" "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edib və liqa mərhələsinə vəsiqə qazanıb.
Bundan əlavə, "Kopenhagen", "Brügge"də ÇL-nin əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, dünən keçirilən matçlarda "Kayrat" (Qazaxıstan), "Budyo Qlimt" (Norveç) və "Pafos" (Kipr) Liqa mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqası, pley-off mərhələsi
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 2:3
İlk oyun - 3:1
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) 2:0
İlk oyun - 1:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) 1:0
İlk oyun - 0:0
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) 6:0
İlk oyun - 3:1



