Belçikanın "Brügge" klubunun baş məşqçisi İvan Leko Çempionlar Liqasının 2-ci turunda "İnter" üzərində 4:3 hesablı qələbəni dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, o, bu nəticənin bütün Belçika futbolu üçün böyük əhəmiyyət daşıdığını bildirib.

"Möhtəşəm oyun nümayiş etdirdik. Bu, böyük nəticədir və ölkə futbolu üçün çox önəmlidir. Amma komandamız hələ də formalaşma mərhələsindədir. Oyun öncəsi də qeyd etdiyim kimi, öz fəlsəfəmizdən dönməməliyik. Təbii ki, səfərdə "İnter"ə qarşı oynadıq. Qarşılaşma əsasən bərabər keçdi, amma biz cəsarət göstərdik və bu, həlledici amil oldu", – deyə Leko vurğulayıb.