Münhen "Bavariya"sının idman direktoru Maks Eberl Maykl Olisenin "Viking"lə Çempionlar Liqasının ikinci turunda meydandan qovulmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Eberl Olisenin bir dəqiqə ərzində iki sarı vərəqə alaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığını xatırladıb. O, əvvəlcə Norveç klubunun kapitanı Zlatko Tripiçə qarşı kobud oynayıb, sonra isə topu onun üzünə atıb. "Tripiç meydanda çox çirkin oynadı. O, oyunu qazanmaq istəyirdi. Biz onun təxribatına uduzduq və nəticədə istədiyini aldı – oyunçumuz meydandan qovuldu", – deyə Eberl bildirib.
Olisenin klub tərəfindən cəzalandırılıb-cəzalandırılmayacağına gəlincə, Eberl "Bu məsələni sakit şəraitdə müzakirə edəcəyik" söyləyib.


