"Minnesota Timberwolves"un basketbol əməliyyatları üzrə prezidenti Tim Konelli riskli qərarlar səbəbindən işini itirməkdən qorxmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Konelli yay fasiləsində komandanın heyətində ciddi dəyişikliklər edib. O, Culius Rendl və Naz Ridin transferi ilə yanaşı, Lamelo Ballu heyətə cəlb edib və Conatan Kuminqa ilə müqavilə imzalayıb. Konelli bildirib: "Əgər bu qərarlar özünü doğrultmasa və məni işdən çıxarsalar, bu da həyatın bir hissəsidir. Amma heç vaxt böyük risklərdən çəkinən vəziyyətdə olmaq istəmirəm". "Minnesota" yenilənmiş heyəti ilə Qərb Konfransında "San Antonio Spurs" və "Oklahoma Siti Thunder" kimi rəqiblərlə liderlik uğrunda mübarizə aparmağı hədəfləyir.