UEFA Avropa kubok yarışlarında futbolçuların cəzalandırılması qaydalarında dəyişiklik edib.

Offsideplus.az xəbər verir ki, yeni qərara əsasən, avrokuboklarda oyunçunun növbəti matçı buraxması üçün tələb olunan sarı vərəqə limiti 3-dən 4-ə qaldırılıb.

Bu dəyişiklik UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında mübarizə aparan komandalara şamil olunur. Qəbul edilən yeni qayda sayəsində klubların əsas heyət üzvləri sarı vərəqə limitinə görə daha az oyun buraxacaq və turnirin həlledici mərhələlərində komandaların heyət itkiləri minimuma enəcək.