"Liverpul" - "Qarabağ" oyunu ötən gecə baş tutan 18 Çempionlar Liqası oyunu arasında azarkeş sayına görə 3-cü olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı 60 min 043 izləyici tribunalardan seyr edib.
Bu oyun yalnız 2 görüşdən geri qalıb.
Dortmundda baş tutan "Borussiya" - "İnter" matçı (0:2) 81 min 365 seyirci ilə digər bütün görüşləri qabaqlayıb.
"Benfika" - "Real Madrid" qarşılaşması isə 64 min 305 fanat sayı ilə ikinci olub.


