Çempionlar Liqasının Liqa mərhələsinin son turu ötən gecə baş tutub.

Offsideplus.az xəbər verir ki, keçirilən 18 qarşılaşmadan sonra həftənin ən yaxşısı adına namizədlər də məlum olub.

"Qarabağ"a 2 qol vuran "Liverpul"un futbolçusu Aleksis Mak Allister də siyahıda yer alıb.

Ondan başqa namizədlər isə bunlardır: Joao Pedro ("Çelsi"), Andreas Skyellerul ("Benfika") və Malik Tilmann ("Bayer").