Çempionlar Liqasında növbəti mərhələyə yüksələn "Qarabağ" "kassa"sını da doldurmağa davam edir.
Offsideplus.az xəbər verir ki, yekun cədvəldə 22-ci yeri tutan Ağdam təmsilçisi buna görə 4 milyon 500 000 min avro əldə edib.
Həmçinin onlar turnirin pley-off mərhələsinə yüksəldikləri üçün daha 1 000 000 avro qazanacaqlar.
Beləliklə, bu mövsüm ərzində "Qarabağ" artıq 31 120 000 avro (təxminən 63,5 mln manat) "kassa"larına qoyublar, lakin UEFA-nın bir sıra bonuslarını da nəzərə alsaq, bu məbləğ daha bir neçə milyon avro artacaq.


