PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmaq istədiyi komandanı açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mərhələdə "Qarabağ"ı arzulayır.

O, bu barədə bunları deyib:

"Biz hər iki komanda ilə ("Monako" və "Qarabağ") qarşılaşmağa hazırıq. Ümid edirəm ki, bu, Fransa komandası olmayacaq, çünki fransızlara qarşı oynamaqdan yorulmuşuq. Başqa ölkəyə getmək və "Qarabağ"la oynamaq daha yaxşıdır. Biz çətin səfərlərə öyrəşmişik".

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması sabah atılacaq. "Qarabağ"ın növbəti rəqibi ya "Nyukasl", ya da PSJ olacaq.