"Qarabağ" bu gecə Çempionlar Liqasının Liqa mərhələsinin son matçında "Liverpul"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Son tur öncəsi "Liverpul" 15 xalla 4-cü yerdədir. 10 xala malik Ağdam təmsilçisi isə 18-ci yerin sahibidir.

"Qarabağ" indiyə qədər İngiltərə klublarına qalib gələ bilməyib.

Bu matç 9-cu dueldir.

Ötən tur almanları ilk dəfə məğlubiyyətə uğradan Qurban Qurbanovun komandası eyni uğuru təkrar edə biləcəkmi?

Çempionlar Liqası, Liqa mərhələsi VIII tur

00:00. "Liverpul" 6:0 "Qarabağ" 
Qollar: Aleksis Mak Allister (15', 61'), Florian Virtz (21'), Məhəmməd Salah (50'), Huqo Ekitike (57'), Federiko Çiesa (90')

Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç

VAR: Pol van Boekel

AVAR: Yan Boterberq

"Enfild" stadionu


Heyətlər:

"Liverpul": Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.