Leroy Sanenin bu yay "Bavariya" ilə müqaviləsi başa çatır.

Offsideplus.az xəbər verir ki, Münhen klubu onunla sözləşmə uzatmaq istəyir, lakin təklifi yüksəltməyiblər. Almaniyalı futbolçu da bu təklifi cavabsız qoyub.

"Qalatasaray" ona rəsmi təklif verib. İllik 10 milyon avro məvacib önəriblər. Lakin Sane Türkiyəyə transfer olmaq istəmir.

Bu barədə Almaniyanın "Sky" portalı məlumat yayıb.

Sane ilə maraqlanan klublardan biri də "Napoli"dir. "Arsenal" da onu transfer etmək istəyirdi, lakin artıq onlar üçün ilk seçim deyil.