"Bavariya" klubu "Liverpul"un futbolçusu Kodi Qakpo ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, Münhen klubu artıq niderlandlı hücumçu ilə danışıqlara başlayıb.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Qakpo 2023-cü ilin yanvarından "Liverpul"da çıxış edir. O, başa çatan mövsümdə 49 oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.