"Sabah" FIBA Çempionlar Liqasında II turda "Alba Berlin"ə 76:85 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın oyunçusu Castin Bin fikirlərini bölüşüb:
"Məncə fiziki oyun oldu. Çox kontankt vardı. Döyüşməyimizdən razı qaldım. Rəqibin oyunun gedişatında üstün olduğu vaxtlar oldu. Bu cür davam edəcəyik. Uşaqlarla fəxr edirəm".
Komandanın baş məşqçisi Pedro Kales oyunu şərh edib: "Oyunçularımı təbrik edirəm. Çempionlar Liqasında ilk qələbəmizi qazandıq. Yaxşı oyunumuz olmadığını düşünürəm, lakin səfərdə qalib gəlmək asan deyil. İndi bərpa prosesindəyik. Belə davam edəcəyik".



