"Barselona" klubu "Hapoel Yerusəlim"in istəyini rədd edib.

Offsideplus.az xəbər verir ki, İsrail klubu "Manresa" ilə oynayacağı matç üçün katalon təmsilçisinin salonunda məşq etmək istəyib. Lakin bu istək qəbul edilməyib.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, Eurocup turnirində qarşılaşacaq "Manresa" - "Hapoel Yerusəlim" basketbol görüşü oktyabrın 15-də baş tutacaq.