"Sabah" basketbol klubu Çempionlar Liqasının ilk oyununda "Nimburk"a məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı fikirlərini bildirib:
“İlk olaraq rəqibi təbrik edirəm. “Nimburk” öz meydanında əsl ev sahibi kimi oynadı. Bizə gəlincə daha sürətli və daha güclü oynamalı idik. Çempionlar liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, "Sabah" ikinci görüşünü oktyabrın 15-də, Bakıda "Alba Berlin"ə qarşı keçirəcək.



