Bu gün III MDB Oyunları çərçivəsində qızlardan ibarət  3x3 basketbol üzrə U-17 Azərbaycan milli komandası ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Özbəkistan milli komandası ilə qarşılaşıb.

Oyun rəqibin 16:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.