"Sabah"ın üzvü Klavs Çavars basketbol üzrə avropa çempionatında iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı basketbolçu Latviya yığmasının yekun heyətində yer alıb.
Çavars ötən ildən bəri "Sabah"da çıxış edir.
Qeyd edək ki, Latviya turnirin ev sahiblərindən biridir. Qitə çempionatı avqustun 27-dən sentyabr 14-nə qədər davam edəcək.



