“Neftçi” basketbol komandasının avrokuboklardakı rəqibləri müəyyənləşib

Offsideplus.az xəbər verir ki, Avropa Kubokunun əsas mərhələsində çıxış edəcək "ağ-qaralar"ın rəqibləri Münhendə keçirilən püşkatma mərasimindən sonra məlum olub.

Püşkün nəticəsinə əsasən, "Neftçi" I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

Xatırladaq ki, onlar başa çatan mövsümdə finalda "Sabah"a məğlub olaraq Azərbaycan çempionatının gümüş medallarına sahib olublar.