18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız 4-cü qrupda bu dəfə İslandiyaya qarşı çıxış edib.

Gərgin keçən oyun həmvətənlərimizin 86:79 hesablı qələbəsi ilə nəticələnib.

Qızlarımız iyulun 9-da Kosovo kollektivi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, U-18 yığmamız bundan öncə qrupda Bosniyaya qalib gəlmiş (83:81), Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzmuşdu.