Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”da 2-ci mərhələnin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, ikinci mərhələnin finalında RİOEUGİM 2 komandası "AzStars"a 19:13 hesabı ilə qalib gəlib.

Final matçının ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2-dən Leyla Allahverdiyeva seçilib.

Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.

Xatırladaq ki, birinci mərhələdə də RİOEUGİM 2 qalib gəlib. Yarış 3 mərhələdən ibarətdir. Liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar